Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək
Dünya
25.12.2024 09:17
Ermənistanın baş naziri Nikol Paşinyan koronavirus testinin müsbət çıxması səbəbindən MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcək.
TodayPress xəbər verir ki, o, bu barədə özünün "Facebook" səhifəsində məlumat verib.
Siyasətçinin sözlərinə görə, dekabrın 23-də onun COVID-19 testi müsbət çıxıb. O qeyd edib ki, həmin gün və dekabrın 24-də özünü təcrid edib və iqamətgahda işləyib.
“Dekabrın 25-də diaqnozum artıq mənfi idi və öz işimə qayıtdım. Bununla belə, həmkarlarımla məsləhətləşdikdən sonra Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitində iştirak etməməyi qərara aldım” Paşinyan bildirib.
O əlavə edib ki, günün sonuna kimi Ali İqtisadi Şuranın dekabrın 26-da keçiriləcək iclasında iştirak edib-etməmək barədə qərar verəcək.
Xatırladaq ki, souncu dəfə oktyabrın 8-də Moskvada Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə MDB sammiti keçirilib.
Günəş Mərd
tag: Paşinyan,MDB,Sammit,Virus,Todaypress.az,