Paşinyan: “Hərbi xidmətə görə qorxub Ermənistandan köçürlər”

Dünya

17.10.2024 17:44

2564

“Bir çoxları ölkəni təkcə iş yerlərinin olmamasına görə deyil, həm də hərbi xidmətdən yayınmaq üçün tərk ediblər”.

TodayPress “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropadakı erməni mühacirlərlə keçirdiyi görüşü şərh edərkən deyib. 

Paşinyan qeyd edib ki, hökumət vətəndaşların xaricə miqrasiyasının səbəblərini və şəraitini daha ətraflı öyrənməlidir. 

“Sual verdim ki, niyə mühacirət etdiniz? Səbəb nə idi? Belə başa düşdüm, biri saç düzümünə, biri qulağındakı sırğaya və digər bu kimi səbəblərə görə mühacirət ediblər” deyə Paşinyan bildirib.

Günəş Mərd

tag: Ermənistan, Paşinyan ,Miqrasiya ,Hərbi Xidmət ,Avropa ,todaypress.az,