Paşinyan Davosa gedəcək
Dünya
22.01.2025 16:34
Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 23-də Davosa yola düşəcək.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, o, Ümumdünya İqtisadi Forumunun panel müzakirələrində iştirak edəcək.
Qeyd edək ki, yanvarın 21-də Dünya İqtisadi Forumunun növbəti illik toplantısı İsveçrənin Davos şəhərində işə başlayıb və 24 yanvar tarixinədək davam edəcək.
Günəş Mərd
tag: Ermənistan,Baş nazir,Nikol Paşinyan,Davos,todaypress.az,