Paşinyan ATƏT-i fəaliyyətsizlikdə ittiham etdi

Dünya

12.06.2024 20:26

“2022-ci ilin fevralından sonra ATƏT-in Minsk Qrupu de-fakto mövcud deyil”.

TodayPress xəbər verir ki, bu sözləri Ermənsitanın baş naziri Nikol Paşinyan deyib.

Baş nazir Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunun 2022-ci ilin fevralında Ukraynada xüsusi hərbi əməliyyata başlayandan sonra faktiki olaraq fəaliyyətini dayandırdığını deyib.

“ATƏT-in Minsk Qrupu bizim siyasi leksikonumuzda bir növ simvoldur. Amma biz başa düşürük ki, ATƏT-in Minsk Qrupunun üzvləri 2022-ci ilin fevralından sonra və hətta ondan əvvəl də bir-biri ilə əlaqə saxlamayıblar. Başqa sözlə, ATƏT-in Minsk Qrupu faktiki olaraq mövcud deyil” deyə Paşinyan bildirib.

GÜNEL

tag: Baş nazir, Ermənistan, ATƏT, Nikol Paşinyan, todaypress.az,