Paşinyan ABŞ ilə münasibətlərin inkişaf etdiyini açıqladı

Dünya

20.09.2024 20:52

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ ilə münasibətlərin inkişaf etdiyini və Vaşinqtonun dəstəyinin vacibliyini açıqlayıb.

 

TodayPress xəbər verir ki, bu barədə Rusiya mətbuatında bildirilib.

 

Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini Coşua Hak ilə görüşdə Ermənistan-Amerika münasibətlərinin dinamik xarakterini və institusional islahatların həyata keçirilməsində Vaşinqtonun dəstəyinin vacibliyini vurğulayıb.

 

Bundan əvvəl Paşinyan ABŞ dövlət katibi Antoni Blinkenlə Azərbaycanla sülh müqaviləsini müzakirə edib.


Aynur TAC

tag: Nikol Paşinyan, Ermənistan, ABŞ, Antoni Blinken,todaypress.az,