Partiya rəhbəri Makronla danışıqlardan imtina etdi

Dünya

27.08.2024 13:42

2079

Fransa Sosialist Partiyasının baş katibi Olivye For yeni hökumətin formalaşdırılması ilə bağlı Makronla danışıqlardan imtina edib. 

TodayPress xəbər verir ki, bu barədə “France 2” məlumat yayıb. 

“Mən demokratiyanın simulyasiyasında iştirak etməkdən imtina edirəm. O, bizə nə deyə bilər ki? Bizdən makronizmi dəstəkləməyi tələb edirlər. Lakin biz bunun əleyhinəyik" deyə For bildirib.

Töhfə Səməd

tag: Fransa, Olivye For, Hökumət, Demokratiya,Makronizm, todaypress.az, todaypress.az,