Partiya lideri Kiyevə maliyyə dəstəyini dayandırmağı tələb etdi
Dünya
07.08.2024 16:15
Fransanın "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo Ukraynaya 4,2 milyard avro dəyərində yeni maliyyə yardımı paketini tənqid edib və Kiyevə dəstəyi dayandırmağı tələb edib.
TodayPress xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
“Aİ-dən çıxmaq və Ukraynanı maliyyələşdirməyi dayandırmağın vaxtıdır” deyə o, əlavə edib.
Qeyd edək ki, avqustun 6-da Aİ Şurası Kiyevə 4,2 milyard avro məbləğində yardım tranşının göndərilməsi barədə qərarı təsdiqləyib.
Töhfə Səməd
tag: Fransa, Kiyev, Florian Filippo, Ukrayna, Aİ, todaypress.az,