Parlament sarı təhlükəsizlik səviyyəsinə keçdi – Gürcüstan
Dünya
28.06.2024 10:32
Gürcüstan parlamenti sarı təhlükəsizlik səviyyəsinə keçib.
TodayPress xəbər verir ki, bu barədə Gürcüstan parlamenti məlumat yayıb.
Sarı təhlükəsizlik səviyyəsi o deməkdir ki, deputatların və əməkdaşların təhlükəsizliyini qorumaq üçün binaya giriş məhdudlaşdırılacaq. Məhdudiyyət təkcə televiziya şirkətlərinin akkreditə olunmuş jurnalistlərini əhatə etməyəcək, eyni zamanda bir yayımçıdan maksimum üç qrup binaya daxil ola biləcək.
Qeyd edək ki, bu gün plenar iclasda baş nazir İrakli Kobaxidze illik hesabatı təqdim edəcək.
tag: Gürcüstan, Parlament, Təhlükəsizlik, Deputat, İrakli Kobaxidze, todaypress.az,