Parlament binasında yanğın, 480 nəfər təxliyə edildi

Dünya

21.12.2024 16:45

Cənubi Koreyanın parlament binasından yanğın səbəbindən təxminən 480 nəfər təxliyə edilib.

Bu barədə TodayPress “Yonhap” agentliyinə istinadən xəbər verir.

"Yanğın Seulun Yoido rayonunda parlament kompleksinin qəbul zalında başlayıb. Binadan jurnalistlər və toy qonaqları da daxil olmaqla 480 nəfər təxliyə edilib. Onlar mətbuat konfransları və toy mərasimlərinin keçirildiyi xüsusi qəbul zallarında olublar" məlumatda qeyd edilib.

Azı altı nəfər tüstüdən zəhərlənmə səbəbindən tibbi yardım üçün müraciət edib.

Məlumata görə, hazırda yanğın söndürülüb.

tag: Cənubi Koreya, Yanğın, Tibbi,Təxliyə ,Parlament, todaypress.az,