Parisdə polis bıçaqlı hücumda yaralandı
Dünya
19.07.2024 01:30
Parisin Yelisey meydanında bıçaqla
silahlanmış şəxs polis əməkdaşını yaralayıb.
TodayPress xəbər verir ki, bu
barədə ölkənin daxili işlər naziri Cerald Darmanin məlumat yayıb.
"Paris şəhərinin 8-ci məhəlləsində
mağazanı qoruyan mühafizəçilərin çağırışı ilə gələn polisə hücum edilib. Hadisəni
törədən şəxs təhlükəsizliyi təmin edən polis əməkdaşları tərəfindən dərhal zərərsizləşdirilib"
deyə nazir bildirib.
“BFMTV”-nin məlumatına görə,
polisi “Louis Vuitton” butikinin mühafizəçiləri çağırıb və bıçaqlı şəxslə bağlı
kömək istəyiblər. Polislər mağazaya gələndə kişi bıçağı çıxararaq qaçmağa
çalışıb. Təqib zamanı o, arxaya dönüb və polislərdən birinə hücum edib.
Şübhəlinin üzərindən tapılan sənədlər
onun Fransada qanuni yaşayan 27 yaşlı əcnəbi olduğunu göstərib.
Nəzrin Cavadzadə
tag: Paris, Hücum, Polis, Bıçaq, todaypress.az,