Parisdə Fransaya qarşı aksiya keçirildi
Dünya
14.12.2024 20:20
Fransanın paytaxtı Parisin ürəyində, Eyfel
qülləsinin önündə yerləşən Trokadero - İnsan Hüquqları meydanında Bakı Təşəbbüs
Qrupunun təşkilatçılığı və fransız müstəmləkələrinin müstəqillik hərəkatlarının
üzvlərinin iştirakı ilə “Dekolonizasiya gününə” (BMT Baş Assambleyası 14 dekabr
1960-cı ildə "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi
haqqında Bəyannamə" qəbul edib - red) həsr olunmuş etiraz aksiyası
keçirilib.
TodayPress xəbər verir ki, aksiyada ”Kolonializmə
son, azadlıq”, ”Azadlıq üçün mübarizə edək”, "Azad gələcək üçün
birlikdə", "Dekolonizasiya indi başlayır", “Gəlin tarixi öz
sözlərimizlə və öz mübarizəmizlə yenidən yazaq!”, "Torpaqlarımızı və
tariximizi bizə geri ver!" kimi müxtəlif şüarlar səsləndirilib.
Aksiyada Komor adalarını, Qvadalupeni, Fransa
Polineziyasını, Reuniyonu, Yeni Kaledoniyanı, Sen Marteni, Korsikanı və
Martinikanı təmsil edən müstəqillik hərakatlarının nümayəndələri iştirak edib.
Aksiyaçılar 14 dekabr 1960-cı ildə BMT Baş Assambleyası
tərəfindən qəbul edilmiş 1514 nömrəli Qətnamənin yerinə yetirilməsi, eyni
zamanda beynəlxalq ictimaiyyəti və təşkilatları müstəmləkələrdəki cari
vəziyyətə adekvat reaksiya göstərməyə çağırış ediblər.
tag: Fransa, Müstəqillik, Komor,Eyfel, Paris, Bakı, BMT, todaypress.az,