Papuaşvili: “Zurabişvili prezidentlik səlahiyyətlərini dayandıracaq”
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, Salome Zurabişvili dekabrın 29-da yeni seçilmiş prezidentin andiçmə mərasimi keçirildiyi andan Gürcüstanın prezidenti vəzifəsini dayandıracaq.
TodayPress xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” yazıb.
Gürcüstan parlamentinin sədri qeyd edib ki, prezident artıq bütün normaları, Konstitusiyanı, qanunları və insan etikası normalarını aşıb.
Qeyd edək ki, bu gün Gürcüstanın altıncı prezidenti seçiləcək. Səsvermə proseduru hazırda davam edir.
Günəş Mərd
tag: Gürcüstan ,Səsvermə, Prezident ,Konsititusiya, todaypress.az,