Papuaşvili yenidən parlamentin sədri seçildi

Dünya

25.11.2024 15:42

2011-ci ilin dekabrından qanunverici orqana rəhbərlik edən Şalva Papuaşvili yenidən 11-ci çağırış Gürcüstan parlamentinin sədri seçilib.

TodayPress xəbər verir ki, “Sputnik Gürcüstan” məlumat yayıb. 

Papuaşvilinin namizədliyinin lehinə 88 deputat səs verib. Əleyhinə isə səs verən olmayıb. 

Qeyd edək ki, yeni seçilən parlamentin ilk iclasında müxalifət iştirak etməyib. 

Günəş Mərd

tag: Şalva Papuaşvili, Gürcüstan, Parlament,Sədr, todaypress.az,