Papuaşvili: “Yeni parlament Zurabişvilinin iddiasına baxmayaraq işə başlayacaq”
Dünya
21.11.2024 14:23
Gürcüstanda yeni çağırış parlamenti prezident Salome Zurabişvilinin seçkilərlə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməsinə baxmayaraq, noyabrın 25-də işə başlayacaq.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
“Parlamentin ilk iclası noyabrın 25-də olacaq. Biz bir araya gəlib hüquqlarımızı və səlahiyyətlərimizi tanıyacağıq. Prezidentin və ya parlament üzvlərinin Konstitusiya Məhkəməsinə iddiaları hüquq və səlahiyyətlərin tanınması prosesini dayandıra bilər - kimi eşitdiyimiz bütün cəfəngiyyatlar onların savadsızlığı, ya da sadəcə təxribatdır” deyə Papuaşvili bildirib.
Onun sözlərinə görə, yeni seçilmiş parlamentin işini 30 gündən artıq dayandıran heç bir hüquqi norma yoxdur.
Günəş Mərd
tag: Gürcüstan, Şalva Papuaşvili, Konstitusiya, Parlament, todaypress.az,