Papuaşvili: “Gürcüstan Aİ üzvlüyünə digərlərindən daha çox layiqdir”
Dünya
07.09.2024 15:28
“Faktlara və reallığa gəldikdə, Gürcüstan bütün digər Avropa İttifaqına namizəd ölkələrlə, hətta bəzi hallarda üzv ölkələrlə müqayisədə Aİ-yə daha çox layiqdir”.
TodayPress “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə bildirib.
O qeyd edib ki, Gürcüstan Moldova və Ukraynadan fərqli olaraq uğurlu islahatlar aparıb, baxmayaraq ki, Avropa İttifaqı onun qəbulu ilə bağlı danışıqlara başlamağa tələsmir.
Parlament sədrinin sözlərinə görə, araşdırma Gürcüstana qarşı hansı yalan nağılların formalaşdığını və yayıldığını göstərir.
“Təəssüf ki, son bir neçə ildə, xüsusən də Ukraynada müharibə başlayandan sonra Qərbdən Gürcüstana qarşı yalan xəbərlər yayılmağa başladı” Papuaşvili bildirib.
Günəş Mərd
tag: Gürcüstan, Moldova, Ukrayna, Avropa İttifaqı, Qərb ,todaypress.az,