Papuaşvili: "Bayden hökuməti dəyişməyə çalışıb"

Dünya

08.05.2025 14:57

12

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin administrasiyası Gürcüstanda hakimiyyəti dəyişmək cəhdində iştirak edib. 

TodayPress xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlama verib.

O, həmçinin qeyd edib ki, ABŞ 2025-ci ildə Donald Tramp hakimiyyətə qayıtdıqdan sonra USAID vasitəsilə Gürcüstandakı qeyri-hökumət təşkilatlarına maliyyə ayırmağı dayandırıb. Daha sonra Avropa İttifaqı bu boşluğu doldurmağa başlayıb. Papuaşvili Aİ-ni təbliğat və zorakılığı maliyyələşdirməkdə ittiham edib.

Qeyd edək ki, 2024-cü il noyabrın 30-da ABŞ Dövlət Departamenti Gürcüstanla strateji tərəfdaşlığın dayandırıldığını elan edib. Bu addım Baş nazir İrakli Kobaxidzenin Aİ-yə üzvlük danışıqlarının gündəmdən çıxarıldığını və Aİ-nin bütün qrantlarından imtina edildiyini açıqlamasından sonra atılıb.

Türkan İsgəndərli

tag: Gürcüstan,ABŞ,Bayden,Papuaşvili,todaypress.az,