Papuaşvili: “ABŞ-nin sanksiyaları Gürcüstana hücumdur”
Dünya
19.09.2024 18:07
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ABŞ-nin Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmilərinə qarşı sanksiyalar tətbiq etməsini ölkəyə hücum adlandırıb.
TodayPress xəbər verir ki, bu barədə “Sputink Gürcüstan" məlumat yayıb.
Papuaşvili vurğulayıb ki, istənilən dövlətdə polis məmuru dövlətin nümayəndəsidir və buna görə də polisə hər hansı hücum ölkəyə qarşı təcavüzdür.
O qeyd edib ki, Gürcüstanın təhlükəsizlik qüvvələri və hakimiyyət orqanlarına qarşı sanksiyaların ləğvi ABŞ ilə münasibətlərin bərpası üçün şərtlərdən biridir.
Qeyd edək ki, sentyabrın 16-də Birləşmiş Ştatlar ölkədə demokratiyanın sarsıdılmasında və insan haqlarının pozulmasında əli olduğu iddia edilən 64 Gürcüstan vətəndaşı və dövlət məmuruna qarşı sanksiya tətbiq edib.
Günəş Mərd
tag: Gürcüstan ,Papuaşvili ,Birləşmiş Ştatlar ,ABŞ ,Daxili İşlər Nazirliyi, todaypress.az,