Papuaşvili: “ABŞ-nin pulu ölkə büdcəsinə daxil olmayıb”
Dünya
03.08.2024 17:40
“Gürcüstanda “Xarici təsirin şəffaflığı” haqqında qanunun qəbulu ilə əlaqədar dayandırılan Amerika yardım proqramının Gürcüstan büdcəsi ilə heç bir əlaqəsi yoxdur”.
TodayPress xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, Gürcüstan “başqa dövlət tərəfindən totasiya olunan geridə qalmış ölkə” deyil, ona görə də ABŞ-nin maliyyəsi olmadıqda bu ölkədə fəlakətin baş verəcəyi ilə bağlı şayiələr əsassızdır.
"Bu pul Gürcüstan parlamentinin təsdiq etdiyi büdcədə yoxdur” Papuaşvili bildirib.
Spiker vurğulayıb ki, Gürcüstan vətəndaşları ölkənin büdcəsini özləri yaradır və xəzinəni doldurur, oradan isə müxtəlif ehtiyaclar üçün paylanır.
Günəş Mərd
tag: Gürcüstan, Şalva Papuaşvili, ABŞ, Parlament, Amerika, todaypress.az,