Papaya qarşı hazırlanmış iki sui-qəsd planının üstü açıldı

Dünya

17.12.2024 19:00

Roma Papası Fransisk 2021-ci ildə İraqa ilk səfəri zamanı iki dəfə sui-qəsdlə təhdid edilib. 

TodayPress xəbər verir ki, bu barədə "CNN" gələn ilin əvvəlində işıq üzü görəcək “Ümid” adlı xatirələr toplusuna istinadən məlumat yayıb.

“Ertəsi gün mən Vatikan jandarmından iki terrorçu haqqında nə məlum olduğunu soruşduqda, komandir lakonik şəkildə cavab verdi: “Onlar artıq orada deyillər”. İraq polisi qarşılarını kəsərək onları məhv edib. Bu da mənim üçün çox heyrətamiz oldu” deyə telekanal Papanın xatirələrindən sitat gətirib.

Fransisin İraqa səfəri terror təhlükəsi riskinin artması səbəbindən çox riskli hesab edilib. Bununla belə, o, səfərini təxirə salmayıb. 

Töhfə Səməd

tag: Roma ,Papa Fransisk,Sui-qəsd,Ümid,İraq,todaypress.az,