Papanın vəsiyyəti açıqlandı: “Qəbrimdə bir söz yazılsın”
Roma Papası Fransisk 2022-ci il iyunun 29-da vəsiyyətnamə yazıb. Qeyd edib ki, “dünyadakı həyatının sonunun yaxınlaşdığını hiss edərək” yalnız dəfn planları ilə bağlı arzusunu ifadə etmək istəyir.
TodayPress xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
“Rəbbimiz İsanın Müqəddəs Anası Məryəmə olan inamımla həyatımı, kahinlik və yepiskopluq xidmətimi həmişə Ona həvalə etmişəm” deyə sənəddə qeyd olunur.
Bu səbəbdən Papa vəsiyyətində bildirib ki, onun nəşinin “dirilmə gününü gözləyərək” San-Mariya-Madciorə papalıq bazilikasında dəfn olunmasını istəyir.
Qeyd edək ki, bu beşinci əsrə aid kilsə Roma şəhərində yerləşən və dörd əsas papalıq bazilikasından biridir.
Fransisk vurğulayıb ki, o, 100-dən çox xarici səfərindən sonra məhz burada dua edirmiş.
“Qəbirmənzilim həmin bazilikada Paulina (Salus Populi Romani) kapellası ilə Sforza kapellası arasında yerləşən yan nefdəki nişdə sadə formada hazırlansın. Üzərində yalnız bir söz yazılsın – Franciscus. Heç bir əlavə, bəzək və ya titula ehtiyac yoxdur” Papa vəsiyyətnaməsində bildirib.
Fransiskin bu seçimi onun digər Papaların dəfn praktikasından fərqləndirir.
O, yazıda “Papa” titulu ilə xatırlanmağı belə istəməyib. Vəsiyyətinin sonunda isə Papa Fransisk bunları yazıb:
“Məni sevənlərə və mənim üçün dua etməyə davam edənlərə Allah mükafat versin. Həyatımın son mərhələsindəki əzabları dünya sülhü və xalqlar arasında qardaşlıq üçün Allaha təqdim etmişəm”.
Qiymət Mahir
tag: Roma,Papa,Fransisk,Katolik,Todaypress.az,