Papanın unudulmayacaq 7 ƏMƏLİ

Dünya

23.04.2025 14:14

15

Roma Papası Fransisk ölümündən əvvəl etdiyi bir sıra xeyirxah əməllə xalqın ürəyində dərin iz qoyub. 

TodayPress Papanın sağlığında atdığı 7 xeyirxah addımı təqdim edir: 

1. Ad günündə yoxsullar üçün nahar təşkil edib Papa şəxsi bayramlarını yoxsullarla paylaşmağı üstün tutaraq, öz ad günündə onlarla bir süfrə arxasında əyləşib. 

2. Ayaq yuma mərasimində dəyişiklik edib Ənənəyə zidd olaraq, yalnız keşişlərin deyil, qadınların, miqrantların və məhbusların da ayaqlarını yuyaraq bərabərlik və təvazökarlıq mesajı verib. 

3. Qaçqınlara qucaq açıb O, müharibə və yoxsulluqdan qaçan insanlara dəstək göstərib, onların yanında olduğunu ifadə edib. 

4. Xəstələri şəxsən ziyarət edib Papa tez-tez xəstəxanalara səssiz ziyarətlər edib, xəstələrə dua və təsəlli verib. 

5. Sülh və ədalət üçün dualar edib Dünyada sülh və sosial ədalətə çağırışlar edən Papa bu mövzuda çıxışları və təşəbbüsləri ilə yadda qalıb.   

6. Təbiətin qorunmasına diqqət çəkib "Yer kürəsi bizim ümumi evimizdir" deyən Papa ətraf mühitin qorunmasına dair vacib fikirlər səsləndirib. 

7. Gizli şəkildə xeyriyyə işləri görüb O, tez-tez heç bir elan və reklam olmadan ehtiyacı olanlara yardım edib və bu yardımları səssiz şəkildə həyata keçirib. 

Türkan İsgəndərli

tag: Papa,Fransisk,Roma,Katolik,Araşdırma,Todaypress.az,