Papanın ölümü fonunda kiberfırıldaqçılar fəallaşdı
Papa Fransiskin vəfatından sonra internetdə feyk xəbər başlıqları ilə yanaşı, şəxsi məlumatların ələ keçirilməsi və bank hesablarına müdaxilə məqsədi daşıyan fişinq hücumları kəskin şəkildə artıb.
TodayPress xəbər verir ki, bu barədə “Politico” nəşri kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış “Check Point” şirkətinin hesabatına istinadən məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkələrdə, xüsusilə “TikTok” və “Instagram” platformalarında yayılan saxta xəbərlərdə guya pontifikin ölmədiyi, ölüm xəbərlərinin isə internet trafiki artırmaq məqsədi ilə uydurulduğu iddia edilir.
Fırıldaqçılar neyroşəbəkələr vasitəsilə Papa Fransiskin foto və videolarını saxtalaşdıraraq bu xəbərlərə inandırıcılıq verməyə çalışırlar.
Bununla yanaşı, guya Vatikan və ya müxtəlif fondlar adından xeyriyyə məqsədilə ianə istənilir və istifadəçilər pullarını saxta hesablara köçürməyə təşviq olunurlar.
Qiymət Mahir
tag: Papa,Fransisk,Roma,Katolik,Ölüm,Todaypress.az,