Papanın dəfnində “selfi qalmaqalı”
Papa Fransiskin dəfn mərasimində bir çox insan mərhum pontifikə son ehtiramını bildirsə də, bəziləri tənqid hədəfinə çevrilib.
TodayPress xəbər verir ki, bu barədə xarici KİV mılumat yayıb.
Bildirilib ki, təxminən 20 min insan Papa ilə vidalaşmaq üçün Müqəddəs Pyotr bazilikasına axın edib.
Lakin mərasim zamanı bir sıra şəxslərin Papa Fransiskin cənazəsinin yaxınlığında “selfi” çəkib paylaşması dindarların qəzəbinə səbəb olub.
“Instagram”da yayılan bir görüntüdə qadın baş örtüyündə kameraya gülümsəyərək poz verib. Onun arxa fonunda Papa Fransiskin bədəni görünüb.
Məlumata görə, dəfnin ab-havası şəkil çəkdirənlərin, xəbərdarlıqlara məhəl qoymayanların ucbatından pozulub.
Rəsmi fotolarda da cənazə ətrafında sıx toplaşan insanların telefonlarını havaya qaldıraraq görüntü almağa çalışdıqları görünür. Bəziləri hətta “selfi çubuqları” ilə daha yaxşı kadr tutmağa cəhd ediblər. Mərasim iştirakçılarından bu çubuqları yığışdırmaları istənilsə də, əməl etməyiblər.
Qiymət Mahir
tag: Papa Fransisk,Dəfn,Vatikan,Mərasim,Qalmaqal,todaypress.az,
