Papa və Bayden nələri müzakirə etdilər?
Dünya
15.06.2024 10:40
ABŞ Prezidenti Cozef Bayden G7 sammiti çərçivəsində Roma Papası Fransisklə görüşüb.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, liderlər görüş zamanı Ukrayna və Qəzzadakı mövcud durumu müzakirə ediblər.
Görüşdə girovların azad edilməsi, Qəzzadakı kritik humanitar böhranı həll etmək üçün təcili atəşkəsin tətbiqinə ehtiyac duyulduğu vurğulanıb.
Bayden Vatikanın qaçırılmış ukraynalı uşaqların ailələrinə qaytarılmasına köməklik göstərdiyinə görə Papa Fransiskə təşəkkür edib. Həmçinin bütün dünyada baş verən münaqişələrə qarşı mübarizə apardığı üçün dərin minnətdarlığını bildirib.
Xarici siyasət və iqlim dəyişikliyi də liderlərin əsas müzakirə mövzularından olub.
Qeyd edək ki, Fransisk G7 sammitində çıxış edən ilk Papadır.
Xatırladaq ki, bu, Bayden və Papnın beşinci görüşüdür. Bayden Pantifiklə sonuncu dəfə 2021-ci ilin oktyabrında Vatikanda bir araya gəlmişdir.
Günəş Mərd
tag: ABŞ, Cozef Bayden, Roma Papası, Ukrayna, Fransisk G7, todaypress.az,