Papa uzun müddət sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı
Xəstəxanaya yerləşdirilən Papa Fransisin son beş həftədən sonra ilk dəfə dindarların qarşısına çıxıb.
TodayPress xəbər verir ki, o, xeyir-dua vermək üçün Romadakı Agostino Gemelli Xəstəxanasının pəncərəsinə çıxıb. Xəstəxananın qarşısına yüzlərlə adam toplaşıb.
O, vəziyyətinin yaxşılaşdığını bildirib.
Qeyd edək ki, Papa martın 23-də xəstəxanadan buraxılacaq.
Xatırladaq ki, fevralın 14-də 88 yaşlı Papa Fransisk tənəffüs yolu infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Türkan İsgəndərli
tag: Papa Fransis,Roma,Vatikan,todaypress.az,