Papa Ukrayna yepiskopunu kardinal seçdi

Dünya

07.10.2024 09:40

Roma Papası Fransisk Avstraliyada yaşayan ukraynalı yepiskop, 44 yaşlı Mikola Bıçka kardinal statusu verəcək.

TodayPress xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. 

Yeni kardinallar rəsmi olaraq dekabrın 8-də təsdiqlənəcək və Bıçk onların ən gənci olacaq. 

Siyahıda, həmçinin belçikalı missioner, Tehran arxiyepiskopu Dominik Matye də var.

"CNN" yazır ki, Papanın İranda kardinal seçmək qərarı, çox güman ki, Fransisin İslamla dialoq və Yaxın Şərqdə sülhə nail olmaq istəyinin bir hissəsidir. 

Ümumilikdə Papa 21 kardinal seçib. Bunlara Yaponiya, Əlcəzair, İndoneziya və Fil Dişi Sahili yepiskopları daxildir. 

Qeyd edək ki, kardinallar Vatikanda rəhbər vəzifələr tutur və Papanın baş məsləhətçiləri kimi fəaliyyət göstərirlər. 

Günəş Mərd

tag: Roma Papası ,Fransisk ,Avstraliya ,İran ,Tehran ,Yaxın Şərq ,todaypress.az,