Papa Ukrayna münaqişəsindən danışdı
Münaqişə şəraitində tərəfləri “yaxşı” və “pis” olaraq ayırmaq doğru deyil, hətta düşmənlə də dialoq qurulmalıdır.
TodayPress xəbər verir ki, bu barədə Roma Papası XIV Leo Şərq kilsələrinin nümayəndələri qarşısında çıxışı zamanı bildirib.
“Vatikan müqəddəs taxtı olaraq düşmənlərin bir masa arxasında oturmasına, bir-birlərinin gözünə baxmasına və xalqlara sülh və ləyaqət ümidinin qaytarılmasına töhfə verməyə hazırdır” deyə pontifik vurğulayıb.
XIV Leo qeyd edib ki, xalqlar sülh istəyir və dövlət rəhbərləri bir araya gəlib danışıqlar aparmalıdır.
“Dünyanı tipik zorakı narrativlərlə yaxşılar və pislər kimi bölməkdən imtina etməliyik” deyə Papa çıxışını yekunlaşdırıb.
Qiymət Mahir
tag: Roma Papası ,XIV Leo,Şərq kilsələri,Ukrayna,Vatikan,