Papa silahlanmanın təhlükəsindən danışıb
Papa Fransisk sağlığında dərc olunmayan müsahibəsində dünyada artan silah istehsalına və qlobal iqtisadiyyatın hərbiləşdirilməsinə qarşı çıxış edib.
TodayPress xəbər verir ki, müsahibənin mətnini onunla şəxsən görüşən Ümumdünya Köhnə Möminlər Birliyinin rəhbəri Leonid Sevastyanov yayıb.
“Ən yoxsul ölkələr üçün ərzaq istehsalı və iqlim dəyişikliyi ilə mübarizə əvəzinə, dünya ölümcül silahların istehsalına və toplanmasına üstünlük verir. Bu səhv siyasətin bədəlini gələcək nəsillər ödəyəcək" Papa bildirib.
Qeyd edək ki, mayın 7-də isə Vatikan yeni Papa seçmək üçün konklav toplayacaq. Seçkidə 80 yaşdan aşağı olan təxminən 135 kardinal iştirak edəcək.
Türkan İsgəndərli
tag: Papa Fransis,Roma,Vatikan,todaypress.az,