Papa Rusiya və Ukraynaya müraciət etdi

Dünya

25.12.2024 16:58

Roma Papası Fransisk Milad müraciətində Rusiya və Ukraynanı sülh danışıqlarına çağırıb. 

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

“Gəlin Ukraynada silahlarımızı yerə qoyaq! Ədalətli dünyaya nail olmaq üçün danışıqlara, dialoqa, görüşə qapıları açmaq iradəsi yaradaq. Yaxın Şərqdə  də silahlarımızı yerə qoyaq” deyə Fransisk bildirib.

O, həmçinin bütün dünyanı sarsıdan münaqişə tərəflərini girov və məhbusları tezliklə azad etməyə çağırıb və çıxışında Suriya, Livan və Liviyanı da xatırladıb.

Günəş Mərd

tag: Roma, Papa, Rusiya, Ukraniya, todaypress.az,