Papa Fransisklə vida mərasimi başa çatır

Dünya

25.04.2025 17:25

6

Roma Papası Fransisklə vida mərasimi çərçivəsində Müqəddəs Pyotr kilsəsinə 130 minə yaxın insan toplaşıb.   

TodayPress xəbər verir ki, bu axşam tabutun bağlanması mərasimi keçiriləcək. 

Papa Fransiskin istəyi ilə o, sadə taxta tabutda və Santa Mariya Maççore kilsəsində dəfn olunacaq.

Rəsmi dəfn mərasimi aprelin 26-da, yüksək səviyyəli qonaqların iştirakı ilə baş tutacaq. 

Qiymət Mahir

tag: Papa,Fransisk,Roma,Katolik,Ölüm,Todaypress.az,