Papa Fransiskin vəfatı ilə bağlı Eyfel qülləsinin işıqları söndürüləcək

Dünya

21.04.2025 15:44

4

Paris meri Ann İdalgonun açıqlamasına görə, Papa Fransiskin vəfatı ilə əlaqədar Eyfel qülləsinin gecə işıqlandırılması axşam söndürüləcək. 

TodayPress xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

“Eyfel qülləsi axşam işıqlarını söndürəcək ki, dünyasını dəyişmiş Fransiskin xatirəsi yad edilsin”  deyə İdalqo bildirib. 

O əlavə edib ki, Parisdəki ictimai məkanlardan birinə Papa Fransiskin adının verilməsini təklif edəcək. 

Qiymət Mahir

tag: Papa,Fransisk,Roma,Katolik,Paris,Eyfel,Todaypress.az,