Papa Fransiskin dəfninin ilk mərhələsi keçiriləcək

Dünya

21.04.2025 17:32

6

Papa Fransiskin vəfatı ilə bağlı rəsmi ölüm mərasimi aprel 21-də, yerli vaxtla saat 20:00-da keçiriləcək. 

TodayPress xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb. 

Mərasimə Roma-Katolik Kilsəsinin kamerlenqosu kardinal Kevin Farrel rəhbərlik edəcək.

Bəyanatda bildirilir ki, Papa Fransiskin ölümünün rəsmi şəkildə təsdiqlənməsi və cənazəsinin tabuta yerləşdirilməsi mərasimi Roma Papalarının dəfn protokoluna uyğun olaraq keçiriləcək.

Papa Fransisk aprelin 21-i səhər saatlarında, 88 yaşında dünyasını dəyişib. 

Qiymət Mahir

tag: Papa,Fransisk,Roma,Katolik,Ölüm,Todaypress.az,