Papa Fransiskdən liderlərə süni intellekt xəbərdarlığı

Dünya

14.06.2024 23:23

2989

G7 Sammitində iştirak edən Papa Fransisk liderlərə süni intellekt texnologiyasının təhlükələri barədə xəbərdarlıq edib.

TodayPress xəbər verir ki, G7 Başçılarının Zirvə Toplantısının ikinci günündə ev sahibi İtaliyanın dəvəti ilə qatıldığı G-7-nin Afrika və Aralıq dənizi  Süni intellekt və enerji üzrə Yüksək Səviyyəli Sessiyasında çıxış edən Papa Fransisk texnologiyanın insan kimi şəxsiyyətimizi dərk etmə tərzimizi dəyişdirə biləcəyi barədə xəbərdarlıq edib. O, dövlətləri “qatil robotlar” kimi tanınan ölümcül avtonom silahlara təcili qadağa qoyulmasına çağırıb.

Liderlərin süni intellekt texnologiyasından bəşəriyyətin xeyrinə istifadə etmək məsuliyyətlərinin olduğunu ifadə edən Papa Fransisk, “İnsanların özləri və həyatları haqqında qərar vermək qabiliyyətini əlindən alsaq və onları maşınlardan asılı vəziyyətə salsaq, bəşəriyyəti ümidsiz gələcəyə məhkum edəcəyik” deyə Papa vurğulayıb.

GÜNEL

 

tag: Papa Fransisk, G7 sammiti, Liderlər, Texnologiya, todaypress.az,