Panamada çayda 10 miqrantın cəsədi tapılıb
Dünya
25.07.2024 07:00
Panamanın cənub-şərqində - Kolumbiya ilə sərhəddə yerləşən Daryen cəngəlliyini keçmək istəyən azı 10 miqrant çayda boğulub.
TodayPress xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə Panama Milli Sərhəd Xidmətinin
açıqlamasında qeyd olunub.
“Alınan məlumata görə, Karreto
rayonunun sahilyanı ərazisində suyun təzyiqi altında çayda boğulan 10 miqrantın
cəsədi tapılıb”qurumdan bildirilib.
Sərhəd Xidmətinin məlumatına əsasən,
hökumətin qeyri-qanuni miqrantların axınını daha böyük müdafiəni təmin edən
humanitar dəhlizə yönəltmək cəhdlərinə baxmayaraq, transmilli mütəşəkkil cinayətkar
şəbəkələr yerli əlaltılarının köməyi ilə qanunsuz keçidlərdən istifadə edərək
insanların həyatını ciddi riskə atırlar.
Qeyd olunur ki, miqrantlar
üçün xüsusi təchiz olunmuş keçid onları müdafiə və humanitar yardım üçün
ixtisaslaşmış patrulların xidmət etdiyi Kanyas Blankas bölgəsinə aparır.
tag: Panama,Miqrant, Cəsəd,Daryen cəngəlliyi, todaypress.az,