Panama XİN: Panama Kanalı satın alına bilməz

Dünya

10.01.2025 09:39

Panama Kanalı ölkə xalqını birləşdirən panamalılar üçün bir dindir, ona görə də heç kimə, o cümlədən ABŞ-yə satılmayacaq.  

TodayPress "TVN"ə istinadən xəbər verir ki, bunu Panama xarici işlər naziri Xavyer Martinez Aça deyib.

“Panamalılar üçün kanal qiymətsizdir və bizi birləşdirən dindir. Panamalıların malı olan kanal heç bir imtiyaz olmadan bütün beynəlxalq ictimaiyyətə, xüsusən də ABŞ-yə uğurla xidmət edir”.

Aça onu da vurğulayıb ki, kanaldan istifadədən ən böyük faydanı Amerikanın Hyuston limanı alır.

Qeyd edək ki, bu fikirləri Panama Xarici İşlər Nazirliyinin rəhbəri ABŞ prezidentinə kanalın alınması ilə bağlı danışıqlar aparmağa imkan verəcək təşəbbüs irəli sürən Respublikaçılar Partiyasından olan ABŞ konqresmeni Dasti Consonun bəyanatını şərh edərkən bildirib. 

Xatırladaq ki, bundan öncə ABŞ-nin yeni seçilmiş prezidenti  Donald Tramp bildirib ki, Kanada və Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır. O əlavə edib ki, o, həmçinin Panama kanalını Amerikanın nəzarətinə qaytarmaq və Meksika körfəzinin adını Amerika Körfəzi adlandırmaq niyyətindədir. Panama, Kanada və Danimarka hakimiyyət orqanları respublikaçının bəyanatlarına kəskin reaksiya verib.

Günəş Mərd

tag: ABŞ , Kanada, Tramp, Qrenlandiya ,todaypress.az,