Panama sahilində 6,2 maqnitudalı zəlzələ oldu
Panama sahilində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.
TodayPress xəbər verir ki, bu
barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri ölkənin
qərbindəki David şəhərindən (əhalisi 82 min nəfər) 155 km şimalda yerləşib.
Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Yaralananlar və dağıntılar barədə məlumat daxil
olmayıb. Sunami təhlükəsi elan edilməyib.
tag: Sahil, Panama, Zəlzəzlə, ABŞ, todaypress.az,