Pakistanlı əkizlər Türkiyədə ayrıldı: 14 saatlıq əməliyyat!
Dünya
20.09.2024 09:19
Pakistanda başları bitişik doğulan siam əkizləri Türkiyədə ilk dəfə edilən əməliyyat sayəsində bir-birindən ayrılıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Başından birləşən 8 aylıq Mirha və Minal əkizləri 2023-cü ilin sentyabrında Siam əkizləri olaraq dünyaya gəliblər.
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan əkizlərin müalicə üçün Türkiyəyə gətirilməsinə göstəriş verib.
May ayında Ankaraya gətirilərək müalicə olunan körpələr iki mərhələli əməliyyatla bir-birindən ayrılıb.
Əkizlərə həyat verən və 60 tibb işçisinin iştirak etdiyi sonuncu əməliyyat 14 saat davam edib.
Günəş Mərd
tag: Pakistan,Siam,Əkiz,Türkiyə,Əməliyyat,Mirha,Minal ,Ankara,Rəcəb Tayyib Ərdoğan,todaypress.az,