Pakistanın müdafiə naziri: “Münaqişəni dayandırmağa hazırıq”

Dünya

07.05.2025 11:25

8

Pakistan “Sindoor” hərbi əməliyyatını və digər aqressiv hərəkətləri dayandıracağı təqdirdə Hindistanla münaqişədə gərginliyi artırmayacaq.   

TodayPress xəbər verir ki, bunu  Pakistan müdafiə naziri Xavaca Asif “Bloomberg”ə deyib. 

“Hindistan geri çəkilərsə, biz mütləq hərbi əməliyyatlarımızı məhdudlaşdıracağıq. Amma nə qədər ki, bizə hücum edilir cavab verməli olacağıq, özümüzü müdafiə etməliyik" deyə hərbi idarənin rəisi bildirib.   

O, həmçinin əlavə edib ki, münaqişə tərəfləri arasında danışıqların aparılıb-aparılmamasından xəbəri yoxdur.

tag: Pakistan,Xavaca Asif,Hindistan,Münaqişə,Todaypress.az,