Pakistanda yük maşını partladı: ölən və yaralananlar var

Dünya

29.01.2025 05:10

Pakistanda mayeləşdirilmiş neft qazı (LPG) daşıyan yük avtomobili partlayıb.

Bu barədə TodayPress xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə Pəncab əyalətində qeydə alınıb. Partlayış nəticəsində 1 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

Əraziyə yanğınsöndürənlər və təcili yardım maşınları göndərilib. Partlayışın baş verdiyi magistral yol hər iki istiqamətdə bağlanıb.

Hadisəyə qaz sızması səbəb olub. Bu, son iki gündə ölkədə qeydə alınan ikinci belə hadisədir.

Qeyd edək ki, daha əvvəl Pəncab əyalətinin Multan şəhərində mayeləşdirilmiş neft qazı olan yük maşınının partlaması nəticəsində 6 nəfər ölüb, daha 30 nəfər yaralanıb. Yaralılardan 13-nün vəziyyəti ağırdır.

 

tag: Pəncab, Neft,Yük maşını, Partlayış, Multan, todaypress.az,