Pakistanda xəstəxananın uşaq şöbəsində yanğın - 5 uşaq öldü

Dünya

10.06.2024 09:30

Pakistanın Sahival şəhərində yerləşən xəstəxananın uşaq şöbəsində yanğın baş verib.

TodayPress Pakistan mediasına istinadla xəbər verir ki,  yanğın kondisioner sistemində yaranan qısaqapanma nəticəsində baş verib.

Səlahiyyətlilər yanğınla əlaqədar uşaq bölməsinin təxliyə edildiyini, lakin 5 uşağın həyatını itirdiyini, 74 uşağın isə ailələri və işçiləri tərəfindən xilas edildiyini açıqlayıb.

Yanğından sonra hadisə yerinə gələn yanğınsöndürmə briqadası uzun səylərdən sonra yanğını nəzarətə görtürə bilib.

 GÜNEL

tag: Pakistan, Xəstəxana, Yanğın, Sahival ,todaypress.az,