Pakistanda "X" istifadəyə verildi

Dünya

07.05.2025 15:42

10

Təxminən 15 aylıq bloklanmadan sonra "X" sosial şəbəkəsi Pakistanda yenidən istifadəyə açılıb. 

TodayPress xəbər verir ki, bu barədə "Dawn" qəzetinə Pakistan Telekommunikasiya İdarəsinin rəhbəri məlumat verib. 

Bildirilir ki, artıq pakistanlılar platformaya "VPN" istifadə etmədən birbaşa daxil ola bilirlər.

Xatırladaq ki, "X" platforması 2024-cü il fevralın 17-də Pakistan Daxili İşlər Nazirliyinin qərarı ilə bloklanıb.

Nazirlik bu addımı platformanın yaydığı məlumatlara nəzarəti təqdim etməməsi və saxta xəbərlərin yayılma riskinin yüksək olması ilə izah edib.

Türkan İsgəndərli

tag: X,Pakistan,VPN,Hindistan,todaypress.az,