Pakistanda partlayış: Ölən və yaralananlar var

Dünya

27.01.2025 14:08

Pakistanın Pəncab əyalətinin Multan şəhərində mayeləşdirilmiş qaz daşıyan avtosisternin partlaması nəticəsində 6 nəfər həlak olub.

TodayPress xəbər verir ki, bu barədə “Geo” məlumat yayıb.

Hadisə səhər saatlarında baş verib. 

Qeyd edilib ki, hadisə nəticəsində bir azyaşlı qız da daxil olmaqla 6 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.

Partlayışın baş verdiyi ərazisə azı 20 ev tamamilə məhv olub, daha 70-i qismən zədələnib.

Nicat Osman

tag: Pakistan,Pəncab,Hadisə,Partlayış,Todaypress.az,