Pakistanda Musson yağışları 209 nəfəri həyatından etdi
Dünya
20.08.2024 13:30
Pakistanda iyulun əvvəlindən
güclü Musson yağışları nəticəsində ölənlərin ümumi sayı 209 nəfərə çatıb, təxminən
on min nəfər isə xəsarət alıb.
TodayPress “TASS”a
istinadən xəbər verir ki, bu barədə “The Express Tribune” məlumat yayıb.
Qeyd olunub ki, son 24
saat ərzində Pəncab əyalətində təbii fəlakət qurbanlarının sayı 14 nəfər
artaraq 84 nəfərə çatıb.
Milli
Fövqəladə Hallar Mərkəzi növbəti bir neçə gün ərzində ölkənin şimalında güclü
leysanların davam edəcəyi barədə xəbərdarlıq edib.
tag: Pakistan, Musson yağışlar, Sel,Fəlakət, todaypress.az,