Pakistanda kömür mədənində faciə - 11 nəfər boğularaq öldü
Dünya
04.06.2024 09:26
Pakistanın Belucistan əyalətindəki kömür mədənlərindən birində qaz sızması baş verib.
TodayPress Pakistan mediasına istinadla xəbər verir ki, rəsmilər qaz sızıntısı zamanı 11 mədən işçisinin boğularaq həyatlarını itirdiyini açıqlayıb.
Hadisə ilə bağlı istintaq başlanılıb.
Xatırladaq ki, mart ayında Belucistan əyalətində başqa bir mədəndə baş verən partlayışda 12 nəfər həyatını itirmişdi
tag: Pakistan, Kömür Mədəni,Belucistan, Qaz sızıntısı,todaypress.az,