Pakistanda hücum - azı 40 nəfər öldü
Dünya
21.11.2024 21:22
Pakistanın
şimal-qərbindəki Hayber-Paxtunxva əyalətinin Kurram rayonunda naməlum silahlılar pusqu quraraq, azı 38
nəfəri öldürüblər .
TodayPress xəbər verir ki, bu barədə “Geo” telekanalının məlumatında
bildirilib.
Məlumata
görə, hücumçular əyalətin inzibati mərkəzi olan Pişəvərə doğru hərəkət edən
karvanı bir saatdan çox atəşə tutublar. Ölənlər arasında bir qadın və bir uşaq
var, yaralılar isə xəstəxanaya yerləşdirilib.
Prezident
Asif Əli Zərdari hücumu qətiyyətlə pisləyib və hadisənin araşdırılmasına
göstəriş verib.
Bölgədə
bir neçə aydır ki, müxtəlif tayfalar və partiyalar arasında toqquşmalar baş
verir ki, bu da fasilələrə, o cümlədən Pakistan və Əfqanıstanı birləşdirən əsas
yolların bağlanmasına səbəb olub.
Aynur TAC
tag: Pakistan, Kurram, Pişəvərə, Prezident, Hücum, todaypress.az,