Pakistanda hərbi hissə və xəstəxanaya hücum edildi: 28 nəfər öldürüldü
Dünya
16.07.2024 17:34
Pakistanın şimal-qərbində hərbi baza və sağlamlıq mərkəzinə iki ayrı silahlı hücum təşkil edilib.
TodayPress "Reuters"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 10-u hərbçi olmaqla, 28 nəfər həlak olub.
Pakistan ordusunun insidentlə bağlı yaydığı açıqlamasına görə, ölənlərin arasında tibb bacıları və uşaqlar da var.
Hər iki hücumun ölkənin Əfqanıstanla sərhədinin şimal-qərb hissəsində qərarlaşan silahlı radikal dini qrupların yenidən fəallaşmaları ilə eyni vaxta təsadüf etdiyi qeyd olunub.
tag: Pakistan, Ölüm, Hücum, Xəstəxana,Əfqanıstan, todaypress.az,