Pakistanda dəhşətli qəza: Avtobus aşıb, 28 nəfər ölüb

Dünya

29.05.2024 11:10

Pakistanın Bəlucistan əyalətində avtobus yoldan çıxaraq qəza törədib. TodayPress xəbər verir ki, nəticədə azı 28 insan həlak olub, 20-yə yaxın insan isə yaralanıb. Ölənlərin arasında qadın və uşaqlar da var.

Hadisə yerinə polis və təcili yardım əməkdaşları cəlb edilib. İlkin məlumata görə, qəzaya sürücünün sürət həddini aşması səbəb olub. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

tag: Pakistan, Bəlucistan, Dünya xəbərləri, todaypress.az,