Pakistanda dəhşətli partlayış: ölən və yaralananlar var
Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində baş verən partlayış nəticəsində azı üç nəfər ölüb, səkkiz nəfər yaralanıb.
TodayPress xəbər verir ki, bölgə polisi partlayışın əyalətin Mərdan rayonunun Taxt-i-Bahi bölgəsindəki körpüdə baş verdiyini bildirib. Onun sözlərinə görə, polis maşını körpünün üzərindən keçdikdən sonra partlayış baş verdiyi üçün əsas hədəf polis əməkdaşları olub.
Xilasetmə qrupları, polis və təhlükəsizlik qüvvələri partlayışdan sonra dərhal hadisə yerinə gəlib və yaralıları yaxınlıqdakı xəstəxanaya çatdırıblar.
Hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
tag: Pakistan, Xayber Paxtunxva, Əyalət, Mərdan, todaypress.az,