Pakistanda avtobus partladı: 4 nəfər öldü, yaralılar var
Dünya
05.01.2025 06:11
Pakistanın Bəlucistan əyalətinin Turbat şəhəri yaxınlığında avtobusda baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 32 nəfər yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə Pakistanın “DAWN” agentliyi məlumat yayıb.
Məlumata görə, yaralılar
xəstəxanaya çatdırılıb. Onlardan beşinin vəziyyəti ağırdır.
İlkin məlumatlara görə, partlayış Kəraçidən Turbat istiqamətində hərəkət edən avtobusda baş verib. Hadisə yerinə çoxlu sayda polis və təhlükəsizlik qüvvələri cəlb olunub. Hazırda partlayışla bağlı hərtərəfli araşdırma aparılır.
Hücuma görə məsuliyyəti
“Bəlucistan Azadlıq Ordusu” qruplaşması öz üzərinə götürüb.
Pakistanın Baş naziri Şehbaz Şərif hücumu pisləyib.
“Terrorçular öz çirkin
məqsədlərinə nail ola bilməyəcəklər. Hökumət və təhlükəsizlik qüvvələri
terrorçulara qarşı fəal mübarizə aparır” Baş nazir vurğulayıb.
tag: Pakistan, Agentlik, Yaralı, Uçqun,Turbat, Bəlucistan, todaypress.az,