Pakistanda 29 nəfər istidən öldü
Dünya
27.06.2024 03:00
Pakistanın Sind əyalətinin Kəraçi şəhərində həddindən artıq istilər səbəbindən 29 nəfərin öldüyü bildirilib.
TodayPress xəbər verir ki, “Dawn” qəzetinin xəbərinə görə, ölkədəki yardım təşkilatlarının rəsmiləri son 3 gündə həddindən artıq istilər nəticəsində həyatını itirən 29 nəfərin cəsədinin Kəraçi şəhərinin müxtəlif yerlərində tapıldığını açıqlayıb.
Yüzlərlə insanın şəhərdəki xəstəxanalara aparıldığı bildirilib.
Digər tərəfdən, ölkənin ən böyük yardım təşkilatlarından biri olan “Edhi Vəqfi”nin rəsmisi Faysal Edhi mətbuata verdiyi açıqlamada, həddindən artıq istilərdə həyatını itirənlərin sayının daha çox olduğunu qeyd edib.
Edhi son günlərdə təşkilatın Karaçidəki meyitxanalarına həddindən artıq istilər səbəbiylə öldüyü güman edilən yüzlərlə adamın gətirildiyini, həkimlərin diaqnoz qoymadan ölümlərin səbəbinin tam olaraq nə olduğunu aydınlaşdıra bilmədiklərini ifadə edib.
GÜNEL
tag: Pakistan, İsti hava, Faysal Edhi, Karaçi, todaypress.az,